“Benzinin qiymətində dəyişiklik olmalıdır” - Millət vəkili

img

18-08-2016 [12:50]


"Azərbaycanda satılan benzinin qiymətində müəyyən dəyişikliklər olmalıdır”.

Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, xaricdən idxal olunan aksiz vergisinə cəlb olunan malların dəyərinin enməsi qiymətlərə təsisiz ötüşməyəcək: "Burada əsas rolu Tarif Şurası oynayır. Çünki tənzimlənən qiymətlərə sözügedən qurum baxır. Əgər aksiz vergisi 200 manatdan 1 manata endirilibs,ə mallar qiymət siyasətinə əsasən tənzimlənəcək”.

Qeyd edək ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA