Rövşən Lənkəranski qətlə yetirildi - Şok + Fotolar

img

18-08-2016 [11:31]

Məşhur azərbaycanlı avtoritet RövşənLənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

***

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq.

***

Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir.

***

Yaxınlarının Qafqazinfo-ya verdiyi məlumata görə,Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı "vorzakon"un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.

***

Əldə etdiyimiz məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır.

Rövşən Lənkəranskinin qətl xəbəri yayıldı -  Şok + Fotolar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA