Azərbaycanda 50 türk müəllim işdən çıxarıldı - Qafqaz Universitetində

img

17-08-2016 [11:01]


Qafqaz Universitetindən 50-yə yaxın Türkiyə vətəndaşı olan müəllim vəzifəsindən azad olunub.

Bu barədə Elmar Qasımov əmr imzalayıb. E.Qasımov "Qafqazinfo” ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, türk müəllimlərlə bağlanmış əmək müqaviləsinin müddəti bitib və vaxtı uzadılmayaraq xitam verilib: "Onların arasında professorlar, kafedra müdirləri, dekanlar var. Həmin müəllimlər bu ayın sonuna kimi ölkələrinə qayıdacaqlar. Müqaviləsinə xitam verilən müəllimlərin yerinə yerli kadrlar təyin olunub”.

Qeyd edək ki, Qafqaz Universiteti müvəqqəti olaraq Bakı Ali Neft Məktəbinin nəzarətinə verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA