16-08-2016 [23:27]
Aprel döyüşlərində "Lələtəpə" şəhid olmuş mayor Elnur Əliyevin doğum günündə onun həyat yoldaşı Nuranə Məmmədovanın məktub yazıb. N.Məmmədova həyat yoldaşının anım günü ilə bağlı yazdıqlarını lent.az-a təqdim edib.
Mia.az həmin yazını təqdim edir:
Hər gün daha çox darıxıram sənsiz. Günlər, aylar keçir, amma sənsizlik ağrısı hələ də ilk günkükimidir. Çətindir sənsiz həyata tutunmaq. Hər dəqiqə xəyalınla yaşamaqdır nəfəs aldığım hər gün. Özümü unutdum sən yoxsan deyə, gülüşüm saxtalaşdı, həyata baxışım dəyişdi, gələcəyə ümidim itdi...
Arzular, ah arzular.... sizdəmi O getdiyi gün bitdiniz?! Sizdəmi O getdi deyə getdiniz?! Nə çətinmiş, nə dözülməzmiş sənsiz nəfəs almaq. Səsini eşitməmək, üzünü görməmək , sənə toxunmamaq... Tək təskinliyim sənin yadigarlarınla ovunmaqdır. Sənə oxşamaq istəyən, sənin yolunu gözləyən, "atam olsa belə olardı” deyən iki əmanətin var məndə. Amma sənsiz onlar da qanadı qırılmış quş kimidilər. Sənsiz onlar da təkdirlər. Kim ola bilər sənin qədər əziz, sənin qədər yaxın onlara? Kim tuta bilər onların əlindən sən tutduğun kimi, bərk-bərk? Kim saçlarına sığal çəkər sənin kimi?..

Özümlə savaşıram. "O yoxdur, bəs mən niyə varam” deyə. "Niyə gülürəm, niyə boğazımdan loxma keçir” deyə. "Niyə gəzirəm, niyə sənsiz dözüb yaşayıram, niyə sənsizliyə dözürəm” deyə çox qınayıram özümü. Bu niyələr yorur məni... sənsizlik alır gücümü...
Yorulmuş ruhum qorxudur məni, əmanətlərini sən istəyən kimi böyüdə bilmərəm deyə. Sənə söz verirəm, ey mənim qürur yerim, ey mənim baş tacım, fəxrim, fəxarətim, ən dəyərlim, sənə layiq böyüdəcəyəm əmanətlərini. Səni onlarda görmək arzusuyla, həyata tutunub övladlarını sənin kimi, qorxmaz, igid, mərd, əsl kişi kimi böyüdəcəyəm. Yarımçıq qalan arzularını onlarla birgə həyata keçirdəcəyəm.
Sən rahat uyu, ŞƏHİDİM!
Sənin uğrunda canından keçdiyin Vətəndə ən çox sənin övladlarının yaşamaq haqqı var! Gözün arxada qalmasın, Yerin behişt, qəbrin nurla dolsun.
40 yaşın mübarək, igidim, ŞƏHİDİM
Qeyd: Elnur Adil oğlu Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə 9-cu sinfi bitirib, C. Naxçıvanski adına hərbi məktəbə daxil olub. 1998-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. 1998-2008-ci illərdə cəbhə xəttinin qərb bölgəsində, 2010-cu ildən isə Füzuli istiqamətində xidmətini davam etdirib. Ailəlidir 6 və 7 yaşlarında 2 oğlu var.
Elnur Əliyev, "Lələtəpə” yüksəkliyinin erməni işğalçılarından azad edilməsi ilə bağlı döyüşlərdə şəhid olub. O, 7 nəfər cəbhə yoldaşını işğalçıların atdığı əl qumbarasından qorumaq üçün öz canını sipər edib. "Vətənə xidmətlərinə görə" ordenlə təltif olunub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi