Çunayev 1/4 finala yüksəlib - Yenilənib

img

16-08-2016 [17:56]


Yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxıb.

Rəsul Çunayev 1/16 final mərhələsində kubalı Migel Martines Palasio ilə qarşılaşıb.

Gərgin keçən mübarizənin sonunda Çunayev 4:2 hesabı ilə qalib gələrək 1/8 final mərhələsinə yüksəlib. Güləşçimizin növbəti görüşü saat 17:32-də Rusiya təmsilçisi İslambek Albiyevlə olacaq.

***
Çunayev 1/8 final mərhələsində Rusiya təmsilçisi İslambek Albiyevlə qarşılaşıb. Rəsul gərgin mübarizənin sonunda 3:2 hesabı ilə qalib gəldi.


Qeyd edək ki, Çunayev ötən il I Avropa Oyunlarında və dünya çempionatında 71 kq. çəki dərəcəsində qızıl medal qazanıb. Bu olimpiya çəkisi sayılmadığından, 25 yaşlı pəhləvanımız aşağı çəkidə yarışır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA