Azərbaycan Rio-2016-da 3-cü medalı qazandı

img

15-08-2016 [23:09]


Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb.

"Report"un məlumatına görə, gənc idmançının rəqibi qazaxıstanlı Janıbek Alimxanulı olub. Görüşü yüksək əzmkarlıqla keçirən Şahsuvarlıya ilk raundda hər 3 hakim, ikincidə isə onlardan 2-si qələbə verib. Sonuncu raund isə qazaxıstanlı boksçunun üstünlüyü ilə keçsə də, ümumi nəticə dəyişməyib. Beləliklə, Azərbaycan boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Bu, "Rio-2016"da 3-cü, boksda isə ilk medal olub.

Xatırladaq ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA