Ölkəyə gətirilən maşınların sayı 7 dəfə azalıb

img

16-08-2016 [17:43]


Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 2879 ədəd avtomobil idxal olunub.

Mia.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 16597 ədəd avtomobil və ya 6,76 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 44 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2475 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 300 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 60 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA