Dilqəm Əsgərovun şəkilləri ailəsini şoka saldı

img

16-08-2016 [15:51]


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayənədələri Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

Bu barədə Mia.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərovun səhhətində ciddi problemlər var.

Bundan əlavə BQXK nümayəndələri tərəfindən D.Əsgərovun yeni görüntüləri ailəsinə təqdim olunub.

"Beynəlxalq Qızl Xaç komitəsi atamın yeni çəkilmiş şəkillərini bizə təqdim etdilər. 4 şəkil idi. Həmin şəkilləri bizə vermədlər. Şəkilə baxanda atamı tanıya bilmədim, çox qocalıb. Saçları ağappaq olub.

Atam qondarma məhkəmlər zamanı çəkilən fotolarda indikidən yaxşı görünürdü. Səhhətində ciddi problemlərin olduğu üzündən görünürdü. Komitədən isə bizə həmişə olduğu kimi bildirdilər ki, atamın səhhətində problem yoxdur. Şəkillərdə göndərdiyimiz ərzaqların atama təqdim olunması da əks olunub”.

D. Əsgərovun qardaşı Sahib Musayev: "Axır ki, Dilqəmdən bir xəbər ala bildik. Keçən dəfə məktubda yazdıqlarının çox hissəsinin pozulmasına etiraz etdiyimə görə, bu dəfə mənə məktub gəlmədi. Etirazlarımızdan sonra Dilqəmin şəkillərini bizə göstərdilər. Qardaşım indi 90 yaşında qoca kişiyə oxşayır. Bundan əvvəl şəklini 2015 yanvarda göstərmişdilər. Fərq 20 ilə bərabərdir. Dilqəmin şəklini görəndə dəhşətə gəldik. İnsan bir neçə il ərzində belə qocala bilməz, şoka düşmüşük”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA