16-08-2016 [14:49]
15 avqust 2016-cı il tarixdə "İstedadlı əlillər" ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Abşeron RİH-nin təşkilatı dəstəyi ilə "Fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası" layihəsinin yekun hesabatını əhatə edən mətbuat konfransını və layihə çərçivəsində nəşr olunan 1-ci qrup Qarabağ Qazisi Elşad İbrahimovun "Yurdum məni Kəlbəcərdə gözləyir” adlı şerlər kitabının təqdimatı təşkil olunub.
Tədbirin açılışında ŞƏHİDLƏRİMİZİN ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra birliyin sədri Cavad Qasımov layihənin əhəmiyyətindən danışaraq geniş məruzə ilə çıxış edib.
O, qeyd edib ki, "-Birliyimiz bu layihə çərçivəsində əlilliyi olan insanların hüquqlarının müdafiəsi ilə əlaqəli həm fərdi həm də ümumi olaraq bir çox işlər görmüşdür:
"Belə ki, fərdi olaraq bizə müraciət edən insanlara hüquqi yardım, Sosial yardımın təyin olunması, əlilliyin təyin edilməsi, müalicə, istirahətə göndərilmə və s. məsələlərlə əlaqəli dəstək vermişik. Ümumi olaraq əlilliyi olan insanların müasir reabilitasiya avadanlıqları ilə təmin edilməsi mövzularında bir çox təkliflərlə aidiyatı təşkilatlara müraciətlər və bu mövzuda çıxışlar etmişik.
Təhsil məsələləri ilə əlaqəli olaraq, Birliyimiz birinci növbədə inkulizv təhsilin Beynəlxalq standartlara uyğunlaşdırılmasının tərəftarıdır və bu istiqamətdə Təhsil Nazirliyi və aidiyatı qurumlar qarşısında mövcud problemlər və həlli yolları mövzularında çıxışlar etmişik. Eyni zamanda, Birliyimiz tərəfindən əlilliyi olan insanlar üçün, şəhid və imkansız ailələlərin üzvləri üçün ofisimizdə Şəms tərcümə Mərkəzinin dəstəyi ilə ödənişsiz olaraq İngilis dili və Rusili kursları təşkil etmişik. Bunla bərabər 1saylı Sağlamlıq imkanları Məhdud Gənclərin Peşə Reabiltasiyası Mərkəzinin üzvlərinə "Layihə Univeristeti”ni təlim etmişik ki, bu da gənc əlillərimizin gələcəkdə işlə təmin olunması baxımından və onların fəaliyyətindən cəmiyyətimizində faydalanması baxımından əhəmiyyətlidir. İncəsənətə əlaqəli Birliyimiz əlilliyi olan istedadlı şəxslərin çoxsaylı sərgilərin , konsertlərin təşkil etmişdir və istedadlı yazarların kitabların nəşr etdirmişdir, eyni zamanda birliyimiz bəzi reabilitasiya mərkəzlərində sorğular və manitorinqlər təşkil etmişdir, insanların marifləndirilməsi məqsədi ilə əlilliyin təyin edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qaydalarını əks etdirən broşuralar cap edərək layihə iştrakçılarına paylamışdır...”.
Sonra sairə-publisist Mətanət Sevdalı layihə çərçivəsində nəşr edilən "Kəlbəcərdə yurdum məni gözləyir” kitabını təqdimatını etdi. İştrakçılar kitab haqqında öz fikirlərini bildirdilər.
Tədbirdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanov, Respublika Əlillərin Bərpa Mərkəzinin Baş həkimi Günay xanım Rəfiyeva, Abşeron RİH nümayəndəsi, Abşeron rayon Yazıçılar Birliyinin sədri Şəhla xanım Ağbulud , QHT rəhbərləri geniş məzmunda çıxışlar etdilər. Kitabın müəllifi Kəlbəcər rayonundan məcburi köçgün, birinci qrup Qarabağ əlili, gənc şair Elşad İbrahimov kitabın nəşrinə dstək olanlara təşəkkürünü bildirib.
Konfransın sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədr müavini Qubad Qasımov Birliyin hazırladığı təkliflərin və konfransda müzakirə olunan məsələləri ümumiləşdirilərək aidiyatı təşkilatlara göndəriləcəyini və bu məsələlərlə əlaqəli olaraqhəmin təşkilatlarla əməkdaşlıq ediləcəyini, konfransda müzakirə olunan məsələlərin real nəticəsinin həlli edilməsi yönündə işlərin aparılacağını söylədi.
Sonra Konfrans iştrakçıları çay süfrəsi ətrafında qeyri-rəsmi müzakirələri davam etdirdilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi