Hüseyn Bağırov: ?Göygöl rayonu ərazisində yeni qızıl yatağı azkarlanıb?

img

23-04-2010 [02:13]


Bu gün Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Yeni Azərbaycan Partiyası (YAP) qərərgahında növbəti mətbuat konfransı keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Hüseyn Bağırov qeyd edib ki, Ekologiya ilə bağlı 2010-2014-ci illər üçün əlavə tədbirlər planı hazırlanıb: ?Hal-hazırda son tamamlama işləri gedir. İcraya hazır çox saylı layihələr var. Tədbirlər planı Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və ARDNŞ şirkəti ilə birlikdə həyata keçiriləcək?. Nazir bildirib ki, son iki ildə meşə əraziləri 0,4 faiz artıb: ?Əsas diqqət yol qıraqlarının yaşıllaşdırılmasına, yeni ağacların əkilməsinə, həmçinin, suvarma sisteminin yaradılmasına ayrılıb?. H.Bağırovun sözlərinə görə, son 7-8 ildə geoloqlar tərəfindən 170-ə yaxın müxtəlif faydalı qazıntı yatağının aşkarlanaraq istehsalçılara təhvil verilib: ?Regionların inkişafı ilə əlaqədar olaraq rayon icra hakimiyyətləri tərəfindən geoloji axtarışların aparılması üçün daha çox müraciətlər olur. Hazırda bizim geoloqlar tək Kiçik Qafqazda deyil, Böyük Qafqaz və Talış dağlarında da faydalı qazıntı yataqlarını axtarır, kəşfiyyat işlərini davam etdirirlər. Göygöl rayonu ərazisində yeni qızıl yatağı aşkarlanıb. Böyük ehtiyata malik yatağın işlənməsinə yaxın 1-2 ildə başlanacaq. Bura ?Çovdar? yatağından daha zəngindir. Artıq yataqda kəşfiyyat işləri yekunlaşıb və işlənilməsi üçün sanksiya verilib . ?Çovdar? qızıl yatağının istismarına 2012-ci ildə başlanılması planlaşdırılıb?. Nazir bildirib ki, zooloji parkın yaradılması üçün 55 hektar sahə ayrılıb. Bakı şəhəri Qaradağ rayonunun Güzdək qəsəbəsi yaxınlığında yaradılacaq. Hazırda həmin zooloji parkda yerli mühitə uyğun canlıların və ya xaricdən gətirilən heyvanların saxlanılmasına dair müzakirələr aparılır. Parkda Azərbaycana məxsus olmayan bəzi heyvanların da saxlanılması mümkündür. [b]Rəhilə Manafova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA