Keçmiş icra başçısı xəstəxanaya yerləşdirildi - “Vəziyyətim yaxşı deyil”

img

16-08-2016 [11:56]


Göyçay rayonun sabiq icra başçısı Mübariz Ağayev səhhətindəki problemlə bağlı xətəxanaya yerləşdirilib.

M.Ağayev üzərində cərrahiyyə əməliyyatı aparılıb. 
Məsələ ilə bağlı unikal.org-un əməkdaşı Mübariz Ağayevlə əlaqə saxlayıb. Sabiq başçı faktı təsdiqləyərək bildirib ki, hazırda xəstəxanadadır: "Onurğadan əməliyyat olunmuşam. Vəziyyətim yaxşı deyil. Çox danışa bilmirəm".

Xatırladaq ki, Mübariz Ağayev 2016-cı ilin İyun ayının 10-da Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Göyçay Rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA