15-08-2016 [17:22]
Əflatun Amaşov,
Mətbuat şurasının sədri, millət vəkili
"Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər yaradır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”.
Avqustun 12-14-de Macar Turan Fondunun Macarıstanın Bugac bolgesinde təşkil etdiyi, sayca 4-cü olan Turan Qurultayının mənə yaşatdığı məmnunluq və qürur hissi ilə Ulu Öndər Heydər Əliyevin bu fikirlərini xatırladım. Bir anlıq gerçək tarix yaradan türk toplumunun zaman-zaman öz kimliyini, mahiyyətini unudacaq, unutdurulacaq şəklə salınmasını doğuran vəziyyəti də təsəvvürə gətirdim. Bizlər 70 il ərzində türk milli kimliyimizi ortaya qoymaq imkanından məhrum halda yaşamışıq. Elə digər türk xalqları da eyni aqibətlə üzləşib. Bu günün özündə də türk milli kimliyi məsələsində problemlər yox deyil. Ancaq hesab edirəm ki, Turan Qurultayı bütün mənfi stereotiplərə sözün yaxşı mənasında meydan oxumaq əzmindədir. 300 minə qədər iştirakçının qatıldığı qurultay müasir dövrdə türk xalqlarının konsolidasiyasını nəzərdə tutan ən müxtəlif tədbirlərin mərkəzində dayanmağa layiqdir.
Türkdilli xalqların yaşadıqları areal kifayət qədər böyükdür. Sakit okean sahillərindən Avropanın mərkəzlərinədək. Bu arealda yaşayan türklərin qarşılıqlı əməkdaşlıq şəraitində yaşaması onların qloballaşan dünyaya inteqrasiyasını, heç şübhəsiz, sürətləndirir. İnteqrasiya prosesi istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları formalaşdırır və möhkəmləndirir. Nəzərə alaq ki, türk toplumları zaman-zaman bir-birinə zidd ictimai-siyasi formasiyalarda yaşamalı olmuşlar. Hazırkı dövrdə də onlar ayrı-ayrı müstəqil dövlətlərin tərkibindədirlər. Lakin dəyərlər prinsip etibarilə vahid təbiətə malikdir. Turan Qurultayı ortaq türk dəyərlərinin nəhəng, bənzərsiz təbliğat plasdarmıdır.
Əksər türk xalqları İslam dininə etiqad edirlər. İslam dəyərlərinin praktik fəaliyyət müstəvisində tətbiqinin uğurlu modelini ortaya qoymuş türklərin simasında dinimiz bir çox xüsusiyyətləri ilə özünü göstərən fanatiklik və ehkamçılıq kimi yanlış yöndəki təqdimatlardan müəyyən qədər sığortalanıb, nümunəvi həyat tərzinin normasına çevrilib. Turan Qurultayı türklərin timsalında Avropa insanına onun ənənəvi baxışlarından fərqli, barış və sülh tərəfdarı olan İslamı aşılamaq əzmindədir.
Turan Qurultayı hər bir türk toplumunun öz həqiqətlərinin dünyaya bəyan etməsi baxımdan da mühüm meydandır. Bu mənada Azərbaycan üçün də gözəl şans var. Azərbaycan qurultayın ən böyük dəstəkçisi Macarıstan dövləti ilə bütün sahələrdə sıx əməkdaşlığa malikdir. Ölkəmiz müasir dövrdə türk dünyasının mühüm mərkəzlərindən biri kimi çıxış etməklə Macarıstanla münasibətlərdəki tərəfdaşlıq xəttini bir qədər də genişləndirmək imkanına malikdir.
Əli bəy Hüseynzadənin timsalında dünya türkçülüyü banisinin Vətəni olan Azərbaycan IV Turan Qurultayının mühüm hadisəsi idi. Bunu insanların reaksiyasından duymaq olurdu. Şəmistan Əlizamanlının "Tanrı türkə yar olsun” hayqırtısı hər kəsi riqqətə gətirmişdi. Bundan qürur duydum.
Bir sözlə Turan Qurultayı mənim üçün xoş təəssürat zənginliyi ilə yadda qaldı. Bu baxımdan qurultay iştirakçısı olan xalqların öz çadırlarını qurmalarını xüsusi vurğulaya bilərəm. Həmin çadırlarda xalqlar özlərinə aid eksponatlar, broşüralar və hədiyyələr yerləşdirmişdilər.
P.S. Güman edirəm ki, gələcəkdə Turan Qurultaylarında Azərbaycan çadırını da görə biləcəyik.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi