Biləcəridə sakinlərlə görüş - İcra hakimiyyəti və Bələdiyyə problemlərlə maraqlanıb

img

13-08-2016 [13:20]


Binəqədi rayon İcra Hakimiyyəti əhalinin soaial rifahının yaxşılaşdırılmas istiqamətində fəaliyyətini davam etdirir. İcra Hakimiyyəti rayon bələdiyyə rəhbərlərinə və qəsəbə inzibati ərazi üzrə nümayəndələri qarşısında tapşırıq qoyub ki, mütəmadi olaraq əhali ilə ünsiyyət qurub, onların problemlərinin həllində dəstək olsunlar.

Mia.az-ın məlumatına görə, belə tədbirlərdən biri Biləcəri qəsəbəsində də həyata keçirilib.

Belə ki, Binəqədi rayon İcra hakimiyyətinin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov və Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev qəsəbənin M.Moqamayev küçəsində sakinlərin müraciəti əsasında həmin ünvanda olub və məsələnin həlli istiqamətində müvafiq danışıqlar aparıblar.

Onu da qeyd edək ki, Biləcəri qəsəbə bələdiyyəsi sədrinin tapşırığı ilə hər həftə bələdiyyənin müvafiq şöbələrin səlahiyyətliləri ərazilərdə olub, yerli sakinlərlə görüşüb, onların sosial problemlərini qeyd edib. yerindəcə həllinə çalışırlar.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA