Ölkə ərazisində hava pisləzəcək, leysan yağacaq

img

23-04-2010 [12:20]


Bu gün Bakıda və Abşeron yarımadasında buludlu, arabir yağmurlu hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gündüz 14-16? isti, axşam 8-10? isti olacaq. Aprelin 24-də - hava buludlu olacaq, arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gecə yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 12-14? isti təşkil edəcək. Aprelin 25-də - əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz hava arabir açılacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 12-14? isti olacaq. Aprelin 26-da - da buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9? isti, gündüz 12-15? isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəldikdə isə aprelin 24-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi rayonlarda leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 8-11? isti, gündüz 12-15? isti, dağlarda gecə 1-4? isti, gündüz 6-11? isti olacaq. Aprelin 25-26-da - əsasən gecə və axşam saatlarında yağış yağacağı gözlənilir. 25-də bəzi şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi 26-da qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 6-11? isti, gündüz 12-16? isti, dağlarda gecə 0-3? isti, gündüz 6-10? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA