Naxçıvanda Ermənistan vətəndaşı tutulub

img

12-08-2016 [23:51]


Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistanla sərhədində Ermənistan vətəndaşı saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Publika.az məlumat yayıb. Xəbərə görə, avqust ayının əvvəlində Sədərək rayonu ərazisinə Ermənistanla sərhəddən keçmiş erməni hərbiçilərimiz tərəfindən saxlanılıb. O, 1954-cü il təvəllüdlü, Artaşat rayonunda yaşayan Henrik Agetyan olduğunu bildirib.

Ruhi xəstə olduğu güman olunan Henrik Agetyan Naxçıvan ərazisinə müalicə almaq məqsədi ilə gəldiyini deyib. Ermənistanda acınacaqlı durumun hökm sürdüyünü və səhiyyə sistemlərinin bərbad vəziyyətdə olduğunu bildirmiş Agetyanın dediyinə görə, yaşadığı Artaşat rayonu ərazisində də yayımlanan Naxçıvan televiziyasında muxtar respublikanın səhiyyə və tibb ocaqları haqqında proqram izlədikdən sonra mualicə almaq üçün buraya keçmək qərarına gəlib. Agetyan Ermənistanda müalicə olunmaq üçün həkim tapmadığını, bu məqsədlə də Sədərək rayonu ərazisinə keçdiyini deyib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA