ASC sədri işdən çıxarıldı - Sərəncam

img

12-08-2016 [23:46]


"Daşkəsən Filizsaflaşdırma” ASC-nin idarə heyətinin sədri Ələddin Sadıqov 10 ildən çoxdur tutduğu vəzifədən azad edilib.

Mia.az "Report”a istinadən xəbər verir ki, özəlləşdirilməyə çıxarılan və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilən "Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətininin özəlləşdirilməsi dövrü başa çatanadək idarə heyətinə "Yeni Həyat" şirkətlər qrupunun idarə heyətinin sədri vəzifəsində çalışmış Fərid Əsədov sədrlik edəcək.

Qeyd edək ki, 13 iyul 2016-cı il tarixində prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycanda aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədi ilə "Daşkəsən Filizsaflaşdırma” ASC Azərbaycan Polad İstehsalı Kompleksinin tərkibindən çıxarılaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilərək özəlləşdirməyə açıq elan edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA