12-08-2016 [20:16]
Avqustun 12-də Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevlə təcridxananda görüşəcəm. İki gün əvvəl onunla görüşmüşəm səhhəti normal idi. Bu barədə vəkil Aqil Layıcov Amerikanın Səsinə müsahibəsində bildirib.
Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə 2015-ci il dekabrın 5-də Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.
Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkməsində Hacıyevin cinayət işi üzrə hazırlıq iclası başlayacaq.
Vəkil bildirib ki, bu gün günün görüşü zamanı Hacıyevlə məhkəmədə necə hərəkət edəcəklərinin strategiyasını müzakirə edəcək.
"Ammaittihamlarla bağlı dəfələrlə demişik. Mülki münasibətlər, kredit münasibətləri qəti olaraq cinayət ittihamı müstəvisində həll olunan məsələ deyil. Bu birmənalı şəkildə belədir. Bizim fundamental sorğumuz bundan ibarətdir”, – o qeyd edib.
Vəkil Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı elan edilmiş axtarışın dayandırılması ilə bağlı mediada dərc olunan xəbərlərə də münasibət bildirib.
Bir sıra KİV-lərdə Zamirə Hacıyevanın barəsində həbs qəti imkan tədbiri seçilərək barəsində axtarış elan edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin iyunun 1-də qəbul etdiyi qərar dərc olunub. Onun həbsi barədə təqdimatı Baş prokurorun birinci müavini Rüstəm Usubovun verdiyi bildirilir.
KİV-lər yazır ki, Zamirə Hacıyeva korrupsiyada – Beynəlxalq Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə və həmin kartdan müxtəlif post-terminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 milyon dollar pul çıxarmaqda ittiham olunub.
"Zamirə Hacıyeva barəsində axtarışın dayandırlıması barədə əlimizdə hər hansı sənəd yoxdur. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Bu hər hansı bir şəxsin təxəyyülünün məhsulu da ola bilər”, – Layıcov deyib.
Vəkilin sözlərinə görə, Nərimanov rayon Məhkəməsinin Zamirə Hacıyeva ilə bağlı qərarı tamamilə gizli şəraitdə qəbul edilib.
"Məhkəmənin keçirilməsi ilə və qəbul edilmiş qərarla bağlı Hacıyevaya və onun vəkilinə, qohymlarına xəbər verilməyib. Zamirə Hacıyevanın vəkili olduğu halda, özləri vəkil seçib. Seçdikləri vəkil adi primitiv qaydada apellyasiya şikayəti də verməyib. Bizim məhkəmənin qərarından iyunun 17-də mediada məlumat dərc ediləndən sonra xəbərimiz olub. Apellyasiya şikayəti vermişik. Apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa olunması ilə bağlı proses oldu və müddət bərpa olunmadı. Biz bundan da apellyasiya şikayəti verəcəyik. Apellyasiya baxışından sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəyimizi düşünürük. Çünki gizli məhkəmə, yersiz qadağalar, vəsatətələrimizin təmin edilməməsi fundamental hüquq pozuntusudur”, – o qeyd edib.
Vəkil Zamirə Hacıyevanın məhkəməyə gəlmək istəyi ilə bağlı sualın cavabında deyib ki, Hacıyeva məhkəməyə gəlmək istəyində deyil.
"Çünki ona qarşı qərəzin olması əsas verir ki, Azərbaycana gəlməsin. Onu məhkəmədə vəkil təmsil edir”,– Layıcov bildirib.
"Amerikanın səsi"
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi