ilham Əliyev Ermənistanı tanımadığına görə Pakistana təzəkkür edib

img

22-04-2010 [06:17]


Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Pakistanın müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Pakistanın müdafiə katibinin ölkəmizə səfəri zamanı əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə olunacağına ümidvar olduğunu və Azərbaycanın Pakistanla birgə fəaliyyət sahələrini genişləndirmək niyyətində olduğunu bildirib. Dövlət başçısı əməkdaşlıq əlaqələrini gücləndirmək üçün hərbi sahədə və müdafiə sənayesində də yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı Pakistanın İslam Konfransı Təşkilatında və BMT-nin baş məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı qətnamənin qəbul edilməsi zamanı səsvermədə ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə və Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Pakistan hökumətinin Ermənistanı tanımaması ilə bağlı tutduğu mövqeyə görə dost ölkənin rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyev Kəşmir məsələsi ilə bağlı Azərbaycan tərəfinin Pakistanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb. Pakistanın müdafiə katibi Səyid Əthar Əli isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu və bununla bağlı Pakistanın Ermənistanı tanımadığını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA