Ombudsman izgəncə faktları ilə bağlı Baz Prokurorluğa müraciət edib

img

22-04-2010 [06:15]


Ombudsman Aparatının əməkdaşları azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına (MST) planlı və müraciətlər üzrə baxışları davam etdirirlər. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, ombudsmanın İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) qrupunun üzvləri Əzizbəyov Rayon Polis İdarəsinin (RPİ) MST-nə, bu idarənin 1 və 2-ci polis bölmələrinə, həmçinin Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasına baxış keçiriblər. Əzizbəyov RPİ-nin MST-nə və adıçəkilən polis bölmələrinə baxış zamanı pozuntu halları müəyyən edilməyib. MPM qrupunun üzvləri 3 saylı İstintaq Təcridxanasına baxış keçirərkən Sumqayıt şəhər Hüquq Məsləhətxanası vəkilinin müraciəti əsasında onun müdafiəçisi olduğu P.R. (adı açıqlanmır) ilə görüşərək söhbət aparıblar. Həmin şəxs tutulma zamanı Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qaldığını bildirib. Bu məsələ ilə bağlı Müvəkkil tərəfindən Baş Prokurorluğa müraciət olunaraq məsələnin tam və hərtərəfli yoxlanılmasını, faktla bağlı müvafiq tədbirlər görülməsini, məhkəmə tibbi ekspertizasının keçirilməsini, məlumat təsdiqləndiyi halda təqsirkar şəxslərin qanun çərçivəsində cəzalandırılması xahiş edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA