Dəhşətli istilər 3 gün davam edəcək - 43 dərəcə

img

11-08-2016 [16:23]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti davam edəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Mia.az-a verilən məlumatda deyilir ki, Bakı və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq rayonlarda 29-34 dərəcə isti olacaq.

Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən güclü isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA