Plagiat izlərlə bağlı AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun Elmi Şurasının tərkibində dəyiziklik edilib

img

22-04-2010 [06:03]


AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasını tərkibində dəyişiklik edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, AMEA Rəyasət Heyətinin iclasında bir sıra məsələlərə baxılıb. Rəyasət Heyəti ?Yarımkeçirici materialların texnologiyası? və ?Günəş və hidrogen enerjisinin çevriciləri? laboratoriyalarının yaradılması, ?Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası? seriyasından kitabların hazırlanması və nəşri, Mərdəkan Dendrarisinin Elmi Şurasının yeni tərkibi və AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında AMEA RH qərar verib. Bu dəyişikliklərin bir müddət öncə ortaya çıxan plagiat elmi işlərlə bağlı olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA