Abituriyentlərin ixtisas seçimi başa çatıb

img

11-08-2016 [13:02]


Azərbaycanda ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

38 117 abituriyent öz ixtisasını seçərək təsdiq edib.I-IV ixtisas qrupu üzrə seçimini edən 36 629 nəfərdən 33 107-si Azərbaycan, 3 522-si isə rus bölməsinin abituriyentlərdir.

440 abituriyent isə elektron ərizələrinə daxil olsalar da, ixtisas seçimlərini təsdiqləməyiblər.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət alan 1488 abituriyent də elektron ərizələrinə daxil olaraq ixtisas seçimini həyata keçirib. Onlardan da 1 299-u Azərbaycan, 189-u isə rus bölməsinin abituriyenti olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA