?Avropa və Azərbaycanın ortaq dəyərləri: Uzlazmaya doğru? mövzusunda dəyirmi masa keçirilib

img

22-04-2010 [04:59]


Bu gün ?Ortaq Dəyərlər? İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi? layihəsi çərçivəsində ?Avropa və Azərbaycanın ortaq dəyərləri: Uzlaşmaya doğru? mövzusunda dəyirmi masa keçirib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, konfransda çıxış edən İctimai Birliyin sədri Aqil Camal qeyd edib ki, Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsinin vəkilliyi layihəsini həyata keçiriblər: ?5 aylıq layihə dekabr ayından aprel ayına kimi davam edib. Layihədə bir-neçə məsələlər nəzərdə tutulmuşdur. Avropa və Azərbaycanın ortaq dəyərlərinin öyrənilməsi ilə bağlı mətbuatda araşdırmaların aparılması bu sahə üzrə bağlı olan Beynəlxalq təşkilatların ictimai-siyasi xadimlərdən müsahibələrin alınması 3 ay müddətində yəni yanvar fevral və mart aylarında Azərbaycanda nəşr olunan 5 müxtəlif KİV-in gündəlik qəzetdə monitorinqin aparılması ki, bu mövzular Azərbaycan mətbuatında nə dərəcədə əksini tapıb. Bu tədbir də sonuncu layihənin yekunu olaraq dəyərləndirmək olar?. Tədbirdə çıxış edən Qafqaz Strareji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib ki, Avropa dəyərləri mövzusu ictimai bir mövzudur: ?Elmdə, texnologiyada azadlıqlarla insan hüquqlarıyla bağlı dəyərlər daha qlobal və ümumidir. Hüquqlarla bağlı məsələlərdə milli mentalitet amili daha çox ön plana çıxır. Amma cəmiyyəti cəmiyyət edən dəyərlərlə bağlı məsələlərdə milli mentalitet daha çox geridə qalır?. Dəyirmi masada SİTM-sədri Mübariz Əhmədoğlu, Demokratiya Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Milli QHT forumunun sədri Rauf Zeyni, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə çıxış ediblər. Avropa inteqrasiyasının vacibliyindən danışıblar. Tədbirdə səslənən ümumi fikir belə olub ki, dünyada qloballaşma prosseslərin getdiyi dövrdə milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət kəsb edir. Natiqlər qeyd ediblər ki, Avropanın sahib olduğu elmi-texniki tərəqqiyə çatmağın yolları barədə düşünmək cəmiyyətimizin qarşısında dayanan prioritet vəzifələrdən biri olmalıdır. [b]Rəhilə Manafova [/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA