Prezident daşınar əmlakla bağlı fərman verdi - DƏYİŞİKLİK

img

11-08-2016 [11:20]


Prezident İlham Əliyev "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Fərmanda deyilir:

"Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 326; 2008, № 6, maddə 495, № 11, maddələr 969, 980; 2013, № 6, maddə 656; 2014, № 10, maddə 1176; 2016, № 2 (II kitab), maddə 243, № 3, maddə 457) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissədə "icra hakimiyyəti orqanlarının” sözləri "inzibati orqanların” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” üzrə:

2.1. 2.3-cü bəndin dördüncü yarımbəndində, 3.2-ci bəndin ikinci cümləsində və 5.1-ci bəndin ikinci cümləsində "icra hakimiyyəti orqanları” sözləri "inzibati orqanlar” sözləri ilə əvəz edilsin;

2.2. 3.1-ci bəndin birinci cümləsində "icra hakimiyyəti orqanlarına” sözləri "inzibati orqanlara” sözləri ilə, 5.1-ci bəndin birinci cümləsində "icra hakimiyyəti orqanlarında” sözləri "inzibati orqanlarda” sözləri ilə əvəz edilsin;

2.3. 4.1-ci bəndin birinci yarımbəndində "icra hakimiyyəti orqanı” sözləri "inzibati orqan” sözləri ilə əvəz edilsin;

2.4. 5.2-ci və 5.4-cü bəndlərdə "icra hakimiyyəti orqanlarının” sözləri "inzibati orqanların” sözləri ilə əvəz edilsin;

2.5. 5.4-cü bənddən "(və ya)” sözləri çıxarılsın.

3. Həmin Fərmanla təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı” üzrə:

3.1. adında "icra hakimiyyəti orqanlarının” sözləri "inzibati orqanların” sözləri ilə əvəz edilsin;

3.2. "Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları” sütununun adında "icra hakimiyyəti orqanlarının” sözləri "inzibati orqanların” sözləri ilə əvəz edilsin;

3.3. 8-ci hissədə "Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri "Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA