Rövnəq Abdullayev Rioda - Azad Rəhimovla yarış izlədi + Fotolar

img

11-08-2016 [10:42]


Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərinə gedib.

Bu barədə AzNews.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Bir neçə gün Rioda səfərdə olacaq Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb və gənclər və idman naziri Azad Rəhimovla birlikdə Olimpiya Oyunlarının cüdo yarışlarını izləyib.

Qeyd edək ki, cüdoçumuz Rüstəm Orucov (73 kq) Rio olimpiadasında Azərbaycana ilk medalı qazandırıb. Rüstəm yalnız finalda uduzaraq gümüş medala sahib olub. Orxan Səfərov (60 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 7-ci olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA