Prezident İlham Əliyev dəyişiklik etdi - Fərman

img

10-08-2016 [17:52]


Prezident İlham Əliyev 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 iyun tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 414; 2002, № 12, maddə 726; 2015, № 8, maddə 907) ilə təsdiq edilmiş "Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə"nin 13-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"13. AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdirilir.”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA