Putin Əliyevi çay süfrəsində belə güldürdü - VİDEO

img

09-08-2016 [14:46]


Xəbər verdiyimiz kimi, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putini evinə çay süfrəsinə dəvət edib.

Mia.az xəbər verir ki, prezidentlər çay süfrəsi arxasında səmimi söhbət ediblər.

Dövlət başçıları söhbət zamanı Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli Zirvə görüşünün çox uğurla başa çatdığını məmnunluqla qeyd edib, bu tədbirin ölkələrimiz arasında və regionda əməkdaşlığın gücləndirilməsi, əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli rol oynayacağına əminliklərini bildiriblər.

Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezidentlər əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Prezidentlərin görüşündən video görüntünü oxuculara təqdim edirik. Həmin kadrlarda prezidentlərin səmimi söhbətləri və zarafatlarıda gözdən yayınmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA