Ərdoğan Rusiyada: Təhlükəsizlik gücləndirilib

img

09-08-2016 [14:45]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə gəlib.

Ərdoğan Rusiyanın Sankt-Peterburq şəhərində həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov da iştirak edəcək.

Bundan başqa Türkiyə dövlət başçısının səfəri ilə bağlı Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirilib. Mərkəzi küçələrdə polis əməkdaşlarından ibarət dəstələr növbə çəkirlər.

Eyni zamanda şəhərin əsas magistralı olan Liqovski prospekti bağlanıb.

Qeyd edək ki, 259 gün sonra bir araya gələcək olan liderlər 24 noyabr tarixindən əvvəlki münasibətlərin bərpasını müzakirə edəcəklər.

Gündəlikdə olan 5 əsas məsələ isə viza rejiminin ləğvi, çarter reyslərinin bərpası, Türkiyədən gedən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəzə, həmçinin türk iş adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, enerji ilə bağlı olacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA