Ziya Məmmədovun qəbul qrafiki açıqlandı – Nazir vətəndaşları qəbul edəcək

img

09-08-2016 [12:16]


Nəqliyyat naziri Ziya Məmmədov avqustun 12-də Ağstafa şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

Mia.az Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 10-da saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq:

– Tovuz şəhəri, İsmayıl Mürşüdov küçəsi – 44;

– Qazax şəhəri, Bakı küçəsi – 28;

– Ağstafa şəhəri, Üzeyir Hacıbəyov küçəsi – 25A.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA