09-08-2016 [12:02]
"Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşündə bir sıra vacib məsələlər öz həllini tapıb".
Bunu "Bakıda üçtərəfli görüş: Rusiya, İran və Azərbaycan yeni geosiyası reallıqlarda" adlı mətbuat konfransında çıxış edən tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun rəhbəri Sergey Markov bildirib.
Onun sözlərinə görə, üçtərəfli görüşdə həllini tapan əsas məsələlərdən biri Şimal-Cənub dəhlizinin yaradılmasıdır: "Bu dəhlizin yaradılması ilə tranzit ölkələrə böyük iqtisadi imkanlar yaradılacaq. Ona görə də üçtərəfli görüşdən Şimal-Cənub dəhlizi ilə bağlı qərarın verilməsi olduqca vacibdir. İkinci vacib məsələ isə Rusiya şirkətlərinin bu layihədə yaxından iştirak etmələridir. Rusiya Dəmir Yolları (RJD) Astara-Rəşt dəmir yolunun tikintisini həyata keçirəcək. Bunun özü də Rusiya iqtisadiyyatı üçün olduqca sərfəlidir. Üçüncü məsələ isə üç ölkə arasında iqtisadi sahədə münasibətlərin dərinləşdirilməsidir. Bura enerji, nəqliyyat və kommunikasiya sahələrində birgə layihələrin həyata keçirilməsi aiddir. Dördüncü məsələ isə Xəzər dənizinin bioresurslarının birgə istifadəsində dair razılığın əldə olunmasıdır".
S. Markov üçtərəfli görüşün İranın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyinin Rusiya və Azərbaycanın mövqeyinə yaxınlaşması istiqamətində mühüm addım olacağını da bildirib.
Rusiyalı ekspert Rusiya-Azərbaycan münasibətlərinə də toxunub: "İki ölkə arasındakı münasibətlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi böyük əhəmiyyət daşıyır.
Bildiyiniz kimi, avqustun 10-da Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyanı Moskvada qəbul edəcək. Bu il münaqişənin həll edilməsi üçün əlverişli şərait yaranıb. Burada söhbət münaqişənin tam həllindən getmir. Bu həll müvəqqəti və güzəştli həll variantıdır. Bu güzəştin məğzi Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad edilməsi müqabilində Ermənistanın blokadadan çıxarılmasından və Dağlıq Qarabağla sərhəd rayonların demilitarizasiyasından ibarətdir".
Siyasi ekspert Aleksey Bıçkov isə Azərbaycanın regionda vacib siyasi oyunçuya çevrildiyini vurğulayıb: "Ankara ilə Moskva arasında münasibətlərin normallaşması fonunda Bakı vacib regional oyunçuya çevrilməkdədir. Məlum təyyarə qalmaqalının günahkarının ortaya çıxması prezident Putinə aydın olandan sonra Rusiya-Türkiyə münasibətlərində mülayimləşmə baş verdi. Bütün bunlardan sonra Bakı Moskva ilə Ankara arasında əlaqə mərkəzi rolunu oynamaqdan çox, regionda vacib siyasi oyunçuya çevrildi. Ona görə də Bakıda keçirilən üçtərəfli görüşü tarixi əhəmiyyətli görüş hesab etmək olar. Bu görüş Azərbaycanın Moskva-Bakı-Ankara zəncirindəki bir halqa olmadığını, əksinə regionda güclü siyasi oyunçu olduğunu sübut edir".
A. Bıçkov Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını da qeyd edib:
"İki gün sonra Putin Sərkisyanla görüşəcək. İlham Əliyevlə görüşdə münaqişənin həlli ilə bağlı tarixi qərarın qəbul edilməsi tamamilə mümkündür. Yaxın vaxtlarda biz bu tarixi qərarın verilməsinin şahidi olacağıq. Çünki tərəflər yaxşı anlayırlar ki, münaqişə tezliklə həll olunmalıdır. Çünki belə münaqişə ocaqları hər an xarici oyunçular tərəfindən qonşu ölkələrlə münasibətləri korlamaq üçün alovlandırıla bilər. Bu gün Azərbaycan, Rusiya və İran liderləri yaxşı anlayırlar ki, regionda yeni müharibəyə yol vermək və münaqişənin həllini uzatmaq olmaz. Bu münaqişənin regionun inkişaf etməsinə imkan vermədiyini hər üç ölkə lideri yaxşı anlayır. Ona görə də, fikrimcə, Dağlı Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda tarixi qərar veriləcək. Bu qərar əlbəttə ki, yekun qərar olmayacaq. Bu qərar Azərbaycan-Ermənistan arasında əlaqələrin bərpa olunmasına kömək edəcək".
Ekspertlər Azərbaycan, Rusiya, Türkiyə və İran hərbi blokunun yaranmasının mümkünlüyünə də münasibət bildiriblər.
Hərbi siyasi ekspert Aleksandr Perenciyev dörd ölkə arasında hərbi blokun yaradılmayacağını, lakin hansısa istiqamətdə bu ölkələrin hərbi-siyasi fəaliyyətini istisna etməyib.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi