Rüstəm Orucov 1/4 finalda - Yenilənib

img

08-08-2016 [20:01]


Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov mübarizəyə qoşulub. İlk mərhələdə cüdoçumuz Qazaxıstandan olan Didar Hamza ilə qarşılaşıb. Görüş həmyerlimizin qələbəsi ilə başa çatıb.

O, 1/8 finalda avstriyalı Jak Benstedlə mübarizə aparacaq.

***

Rüstəm Orucov 1/4 finala yüksəlib. Cüdoçumuzun 1/4 finaldakı rəqibi Macarıstan təmsilçisi Miklos Unqvarı olacaq.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunsa da, onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA