İcra başçısının oğlu komandanı problemdən qurtarıb - Açıqlama

img

28-06-2016 [14:45]


""Kəpəz” böyük problemdən qurtuldu. Gəncə klubu son anda 2 yeni transferinin keçidini həll etməklə bugünkü oyuna itkisiz çıxmaq imkanı əldə etdi". 

Bu barədə Modern.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Gəncə” bu gün Moldova "Daçiya”sı ilə qarşılaşmaya Renan da Silva Alveş və Manuel Kosta Kaneyro (Serjinyo) olmadan çıxa bilərdi:

"Uyğun olaraq, Portuqaliya "Jil Visente”si və "Trofense”sindən alınan əcnəbilərin transferində problem yaranmışdı. Onlara görə klublarına müəyyən məbləğ ödənməliydi ki, futbolçuların "Kəpəz”in heyətində rəsmi matça çıxması mümkün olsun. 

Bu, yalnız az öncə həlini tapıb. Müşkülə çevrilən məsələ bu gün səhər saatlarında yoluna qoyulub. "Kəpəz”in prezidenti Elmir Vəliyevin işə qarışmasından sonra lazım olan məbləğ ödənilib və futbolçuların "Daçiya”ya qarşı oynamasında problem qalmayıb. İşin son saatlaradək yubanması xoş olmasa da, hər halda mövcud maliyyə çətinliklərini aradan qaldırmaq mümkün olub. 

İndi "Kəpəz”in baş məşqçisi Şahin Diniyev hər iki oyunçunun xidmətindən ilk dəqiqələrdən etibarən istifadə edə biləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA