Elman Rüstəmovdan banklarla bağlı yeni qərar - Qaydalar

img

08-08-2016 [17:53]


Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında hesablaşmaların aparılması Qaydaları”nı ləğv edib və bunun əvəzində yeni qaydalar təsdiqlənib.

Mia.az xəbər verir ki, AMB sədri Elman Rüstəmovun imzaladığı qərarla "Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları” təsdiq edilib.

Hüquq Departamentinin rəhbəri Rəna Məlikovaya tapşırılıb ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti "Milli ödəniş sisteminin modernizasiyası Layihəsi"nin icrasının başa çatdırılması ilə əlaqədar olaraq Azərbaycan ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan "Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi” və "Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi”nin iştirakçıları arasında hesablaşmaların aparılması qaydalarının təkmilləşdirilməsi məqsədi ilə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA