08-08-2016 [17:08]
İyulun 20-də Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilən Qafqaz Universitetində təmizləmələrə başlanıb. Artıq universitetin idarəedici personalına daxil olan 50-yə yaxın Türkiyə vətəndaşı rəsmi əmrlə vəzifələrindən alınıblar. Onlardan bir neçəsi dərhal ölkəni tərk edib, digərlərinin də yaxın günlərdə Azərbaycandan çıxacaqları gözlənilir.
Bu məlumatı Strateq.az-a uzun illərdir Qafqaz Universitetində dərs deyən və dünən vəzifəsindən azad edilən müəllimlərdən biri verib.
O deyib ki, Qafqaz Universiteti iyulun 20-də Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilsə də, pedaqoji heyətin fəaliyyətini olduğu kimi davam etdirəcəyi gözlənilirdi: "Ancaq dünən səhər qəfildən Elmar Qasımovun əmri ilə Qafqaz Universitetinin idarəedici personalına və həmçinin pedaqoji heyətə daxil olan 50-yə yaxın Türkiyə vətəndaşı vəzifələrindən azad edildi. Onlardan bəziləri, o cümlədən keçmiş rektor Ahmed Saniç artıq ölkəni tərk edib. Biz də yol üstəyik, yaxın günlərdə Azərbaycandan köçəcəyik”.
Xatırladaq ki, Qafqaz Universiteti Azərbaycanda 1 may 1993-cü ildən fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli, 203 saylı qərarı ilə dövlət qeydiyyatından keçib. 2002-ci ilin 20 avqustunda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə lisenziya da verilib. 1995-ci ildən başlayaraq Universitet uzun illər tələbə qəbulunun nəticələrinə görə özəl ali məktəblər arasında reytinq cədvəlinə başçılıq edib.
Bu il Türkiyədəki 15 iyul hadisələrindən sonra Ərdoğan hakimiyyətinin tələbi ilə bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Fətullah Gülən şəbəkəsinə daxil edilən məktəblərin fəaliyyətinin təftişinə və qapadılmasına başlanılıb.
Qafqaz Universitetinin idarəedici heyəti də Gülənə yaxınlıqda suçlandırıldığından, Azərbaycan hakimiyyəti Türkiyənin rəsmi qurumlarının istəyinə cavab olaraq, dərhal bu ali təhsil ocağını BANM-in idarəçiliyinə verdi.
Hazırda idarəedici heyət vəzifəsindən uzaqlaşdırılsa da, ali məktəbin tələbələrinin taleyi naməlum olaraq qalmaqdadır…
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi