Qarabağ qazilərinin müraciəti Qırğız xalqına çatdırılıb

img

22-04-2010 [12:51]


Xəbər verildiyi kimi, iki gün öncə ?Qarabağ Qaziləri? İctimai Birliyi Qırğızıstanda baş verən hadisələrlə bağlı Qırğız xalqına müraciət ünvanlamışdı. Artıq Qarabağ qazilərinin müraciəti Qırğızıstanın aparıcı AKİpress (http://kg.akipress.org/news:197201) informasiya agentliyində yayılıb. Bu barədə MİA-ya Qarabağ qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib. R.Kərimoğlunun sözlərinə görə, bu gün də bir çox mətbuat orqanları (http://for.kg/ru/news/117725, www.ca-news.org/news/363231) qazilərin müraciətini yayıb. Xatırladaq ki, keçmiş döyüşçülər müraciətdə müharibənin ağrı-acısını yaşayan insanlar kimi Qırğız xalqını qardaş qanı axıtmamağa, müstəqil dövlətləri naminə birləşməyə çağırmışdılar. Qarabağ qaziləri Rusiyanın məkrli siyasəti ilə hadisələrin daha da qızışdırılaraq dramatik həddə çatmasından narahatçılıqlarını ifadə etmişdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA