"Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə verilir" - Erməni ekspertlərin iddiası

img

07-08-2016 [12:14]


"Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verlməsi Sülh sazişində razılaşdırılacaq". 

Virtualaz.org Ermənistan mənbələrinə istinadən xəbər verir ki, bu barədə erməni "Ani" tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir.

Bu məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir və artıq Ermənistan XİN bu sənədə reaksiya bildirib. Xarici İşlər Nazirliyindən əsəbi tərzdə qeyd olunub ki, bu ekspertlərin işinin nəticəsidir.

Bununla birlikdə, erməni ekspertlər təfərrüatları da nəzərə çatdırıblar. Belə məlum olub ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır.

Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA