Səfər Əbiyev Pakistanın müdafiə katibi Sayed Athar Alini qəbul edib

img

22-04-2010 [12:35]


Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ölkəmizə rəsmi səfər edən Pakistan İslam Respublikasının müdafiə katibi Sayed Athar Alini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, geniş tərkibli görüşdə hər iki ölkənin müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf dinamikası müzakirə edilib. Nazir Səfər Əbiyev bildirib ki, Pakistanla yaxın əməkdaşlıq əlaqələri bir çox sahələrdə olduğu kimi hərbi sahədə də uğurlu nəticələri ilə nəzərə çarpır. Görüşdə regionda hərbi-siyasi vəziyyət və işğalçı Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə maneəçilik törətməsi məsələlərinə də toxunulub. Görüşdə Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Eynulla Mədətli iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA