06-08-2016 [23:18]
Tərtərdədə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlunun ailəsi şəhidə qarşı laqeydlikdən şikayətçidir.
Mia.az-ın məlumatına gör, Ravil Novruzovun anası Nargilə xanım modern.az-a ağlayaraq verdiyi açıqlamasında Xızı rayon İcra Hakimiyyətinin ünvanına ittihamlar səsləndirib:
"Xızı rayon İcra Hakimiyyətinin oğluma qoyduğu başdaşını sökdük, indi həyat yoldaşım təzəsini öz zəhməti ilə düzəldir. Çünki şəhidimizin qəbri seçilmirdi, görünmürdü. O gün yoldaşım Elmanı çağırıblar kənd icra nümayəndəliyinə, Xızı rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə ona deyib ki, "orada obyekt tikirsən? O qəbir itib-batmalıdır. Bizdən heç nə istəmə. Nə borcumuzdur, vermişik. Başdaşını düzəltmişik, məclisini yola vermişik. Ölünün məzarı da itməlidir...”
Yoldaşım gəlib evdə onların dediklərini söyləyəndə, az qala dəli olam. Biz oğlumuzun adına layıq olan başdaşı düzəldirik ki, görünsün, onun qəhrəmanlığı nəsillərə nümunə olsun, bunların dediklərinə bax...
Bu gün nə olmuşdusa, gəlmişdilər həyətimizə ki, nə probleminiz var? Qovdum onları qapıdan.
Yoldaşım tək-tənha işləyir, heç kimdən təmənnamız yoxdur.
Onlara dedim ki, "sizdən heç nə istəmirik”. Bəyəm başdaşına xərclədikləri o pulu ciblərindən veriblər? Bilirəm ki, dövlət vəsaiti hesabına düzəltdirmişdilər... Hirsləndim, qapıma gələnlərə dedim ki "başdaşı üçün, məclis üçün nə qədər xərc çəkmisinizsə, qaytarıram özünüzə, ancaq rədd olub gedin həyətimdən!. Mən şəhid Ravilin anasıyam, ağlamayacağam sizin qabağınızda. Bir dənə küçə adı vermisiniz uşağıma, 2 aydır küçəyə bir lövhə də vurulmayıb. Heç mən o küçəni layiq bilmirəm oğluma”.
Söylədim ki, mənim oğlum minnətli oğlan deyil, o, torpaq qurtarmağa gedib, torpaq satmağa yox. Vətən uğrunda şəhid olub. 5 dəfə sağlığında hərbi hissənin, Azərbaycanın bayrağını dalğalandırıb. Medallarla, fəxrı fərmanlarıyla... Mənim haqqım var bunları deməyə, ancaq onların haqqı yoxdur ki, deyələr "burda obyekt düzəldirsən”. Obyekti onlar düzəldirlər öz oğlanları üçün. Biz şəhid qəbri düzəldirik ki, gələcək nəsil tanısın.
Özüm iflic adamam, yenə nə qədər əsəb keçirdim. Bu günlərdə Neftçalada şəhid Elimdarın qəbrini ziyarətə getdim, oğlumun dostu olub, görərdiniz İcra Hakimiyyəti necə ad günü keçirdi. Binəqədi rayonu İcra Hakimiyyəti şəhid Emin üçün ad günü məclisi təşkil etdi. Halal olsun onlara. Şəhidləri ucaldırlar”.
Şəhid anası Nargilə xanım oğlunun yas mərasimindəHeydər ƏliyevFondunun prezidentiMehriban Əliyevailə yanaşı oturduğunu, birinci xanımın onun problemləri ilə yaxından maraqlandığını qeyd edib:
"Mən Mehriban xanımla görüşümdə gördüm ki, çox sadə adam idi. Ancaq Xızıda yerli İcra Hakimiyyətinin başbilənləri özlərini dağ başına çəkirlər. Bizi əskik tuturlar. Mehribanm xanımın bunlardan xəbəri yoxdur.
Oğlum Talış kəndində postları işğaldan azad edib, qəhrəmanlıqla şəhid olub. Onun bu şücaətini bilsəydim, Mehriban xanımla görüşdə deyərdim. Bunları dostları ölümündən sonra danışıb. İndi başım ucadır ki, oğlum çox şücaətlər edib.
Mənim heç kimdən təmənnam yoxdur, Ravilin haqqı üstümüzdə çoxdur. Öz gücümlə uşağımın qəbrini abadlaşdırıram, toyu olmadı, bəy otağı olmadı, mən də ona qəbrisatnlıqda bəy otağı düzəltməklə, ürəyimi soyutmaq istəyirəm... ancaq onlar bizi narahat edirlər.... Nə olar, bizi rahat rahat buraxsınlar”.


Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi