Cəbhədə gərginlik - Hərbi qulluqçumuz yaralandı

img

05-08-2016 [12:40]


Düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.

Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA