04-08-2016 [14:48]
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev Prezidentin sərəncamı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general Akif Çovdarovla aralarında yaşanan qalmaqala münasibət bildirib.
Ə.Abıyev açıqlamasında deyib ki, Akif Çovdarov 2 il öncə Daşkəsəndə tenderin qalibi olan və körpü inşa edən şirkətin rəhbərliyini şantaj edərək, həbs edib: "Bilirsiniz, 2 il bundan qabaq İcra Hakimiyyətinin sifarişi ilə Daşkəsənin Qabaqtəpədə ərazisində körpü inşa edilirdi. Bu körpü keçirilən tenderdə qalib gəlmiş şirkət tərəfindən Avropa standartlarına uyğun və çox yüksək səviyyədə tikilirdi. Həmin vaxtı şirkət nümayəndələri körpünün inşası üçün Bakı şəhərindəki bankdan gedib vəsaiti götürən zaman, MTN-nin vəzifəli şəxsi olan Akif Çovdarov onları şantaj edərək, həbs etmişdi. Mən də bu hadisəni eşidib MTN-ə getdim, gecə saat 22 radələrində o vaxtkı milli təhlükəsizlik nazirinə dedim ki, bu adamları nə əsasla tutmusunuz? Sonra Eldar Mahmudovun göstərişi ilə aydınlaşdırıb, onları sərbəst buraxdılar. Həmin vaxtı Akif Çovdarovla aramızda böyük mübahisə yaranmışdı. Hətta, mən Akif Çovdarovla dalaşmaq dərəcəsində qaldım. Akif Çovdarova dedim ki, sən təsadüfi general olan adamsan. Sübut etdim ki, o, adamları günahsız yerə tutub”.
Ə.Abıyev qeyd edib ki, Akif Çovdarov onu hədələməsə də, ancaq rayonda iş görən sahibkarları hədələyib:
"Onu mənə demirdilər ki, işçilərə deyilirdi. Akif Çovdarov kim idi ki, məndən pul istəsin. Əksinə, mən onlardan tələb etdim ki, tutduqları günahsız adamları azad etsinlər. Akif Çovdarova dedim ki, əlində nə əsas var ki, bu adamları tutmusan? Axı sən kimsən? Sən dələduz, "moşşeniksən”, bu cür dolayı yollarla da uzun müddət Rusiyada axtarışda olmusan. Mən onun həyat təcrübəsini yaxşı bildirdim. Bütün bunlara görə də mənimlə Akif Çovdarov arasında böyük mübahisə yarandı. Ancaq MTN-nin rəhbəri göstəriş verdi ki, tutulanlar buraxılsın. İş adamları buraxılandan sonra da biz oradan qayıtdıq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi