Artur Rasizadə dəyişiklik etdi - "Xəzər Dəniz Gəmiçiliyi"nin kapitalı artırıldı

img

04-08-2016 [10:13]


Baş nazir Artur Rasizadə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi barədə 24 yanvar 2014-cü il tarixli qərarınında dəyişiklik edib.

Mia.az xəbər verir ki, dəyişikliyə əsasən, şirkətin nizamnamə kapitalı 14,77% və ya 56 milyon 630 min 377 manat artırılıb.

QSC-nin nizamnamə kapitalı 440 milyon 50 min 998 manata, səhmlərin sayı 440 milyon 50 min 998-ə çatdırılıb.

Qeyd edək ki, indiyənə qədər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin kapitalı hər birinin nominal dəyəri bir manat olan 383 milyon 420 min 621 səhm əsasında formalaşmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA