MTRŞ Azərbaycanın teleməkanındakı problemləri müzakirə edib

img

21-04-2010 [04:16]


Bu gün Milli Televiziya və Radio Şurasında "Elektron media: Dövlət tənzimlənməsi və ictimai nəzarət" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransada Prezident Administrasiyasından, Milli Məclisdən, jurnalist birliklərindən, QHT-lərdən olan nümayəndələr iştirak edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli öncə bədii filmlərlə bağlı məsələyə toxunub: ?Hər il ən azı 8 film çəkilməlidir. Ancaq mən hələ də son beş il ərzində çəkilən filimləri telekanallarımızın heç birində görməmişəm. Azərbaycan telekanallarında ancaq xarici cizgi filmləri verilir. Uşaqlarda xarici cizgi filimlərinin qəhrəmanlarını tanıyırlar. Bu da uşaqların milli ruhda böyüməsinə mənfi təsir göstərir. Bir cizgi filiminin çəkilməsi üçün 60-70 min manat lazımdır ki telekanallarda istəsələr bu vəsaiti tapa bilərlər. Bu məsələni Mədəniyyət və Turizm Nazirlyi ilə müzakirə edəcəm?. N.Məhərrəmli deyib ki, telekanallarda şou xarakterli verilişlərində sayı artıb. Onun sözlərinə görə, cəmiyyət şou proqramlarının səviyyəsindən o verilişlərə dəvət olunan qonaqlardan və aparıcılardan narazıdır: ?Məhz bu səbəbdən yeni bir kanal ?Mədəniyyət? kanalının yaradılması barədə düşünürük. Əgər özəl telekanallar öz işlərinin öhdəsindən gəlsəydilər, biz bu gün ?Mədəniyyət? kanalının yaradılması barədə düşünməzdik?. MTRŞ sədri bildirib ki,televiziya və radiolarda hər hansı bir problem olanda cəmiyyət MTRŞ-ə üz tutur: ?Ancaq biz bununla bağlı danışanda deyirlər ki MTRŞ əlavə səlahiyyət istəyir. Əslində problem olanda cəmiyyətin MTRə üz tutması o deməkdir ki MTRə müəyyən səlahiyyyətlər verilməlidir?. Milli İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, dünyanın heç bir ölkəsində internet ?televiziya və internet radionun tənzimlənməsi ilə bağlı hər hansı qanunvericilik yoxdur: ?Mənim müxtəlif ölkələrdə olmaqıma baxmayaraq MTRŞ sədri N.Məhərrəlidən başqa bu mövzuda danışan heç bir şəxsin fikrini eşitməmişəm. Azərbaycanda regional telekanalların sayı çox azdır və mənim fikrimcə bu kanallar artırılmalıdır?. Konfransda çıxış edən Prezident Administrasiyası ictimai-syasi şöbəsinin müdiri Əli Həsənov cavab olaraq bildirib ki, biz internet mediası barədə danışmırıq. ?Bu gün biz mərkəzi telekanalları abıra salmaqda çətinlik çəkirik. Əgər Osman Gündüz regional telekanal istəsə biz ona icazə verərik?. Əli Həsənov da regional televiziyaların sayının artırılmasına fikir bildirib. O qeyd edib ki, regional televiziya özünü saxlaya bilmirsə, onun yaranmasına niyə imkan yaradılmalıdır. ?Bu bizə lazım deyil. Regional televiziyalarda bütün günü toy, vəzifəli şəxslərin ad günü verilir. Heç bu televiziyaları bir abıra sala bilmirik?. Telejurnalist Qulu Məhərəmmli isə deyib ki, cizgi filmlərin çəkilməsi maddi vəsait tələb edir. ?Özəl televiziyaların cizgi filmləri çəkməyə imkanı yoxdur. Bunu dövlət büdcəsindən maliyyələşən televiziyalar edə bilər?. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA