Putin Bakıya gəlir - İlham Əliyevin dəvətilə

img

02-08-2016 [15:17]


Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir.

Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvətilə avqustun 8-də baş tutacaq. Həmin tarixdə Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin ilk üçtərəfli görüşü keçiriləcək. Putin, Əliyev və İran prezidenti Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələlərini, xüsusilə enerji və nəqliyyat sahəsində praktiki əməkdaşlığın qurulmasının perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Bakı səfəri zamanı Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlarının planlaşdırıldığı da bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA