Misir Mərdanov ali məktəblərin yataqxanalarınin söküləcəyini deyir

img

21-04-2010 [02:35]


?Ali məktəblərin yataqxanaları söküləcək. Məndə olan məlumata görə, ilk növbədə Bakı Dövlət Universitetinin yataqxanaları boşaldılacaq?. Bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, məcburi köçkünlər yataqxanalardan çıxarıldıqdan sonra ali məktəblərin həmin yataqxanalar tamamilə söküləcək və yerində müasir tələblərə cavab verən tələbə şəhərcikləri yaradılacaq. Hazırda məcburi köçkünlərin məskunlaşdıqları yataqxanaların bərbad vəziyyətdə olduğunu vurğulayan M.Mərdanov "Orada tələbələrin məskunlaşması üçün heç bir şərait yoxdur. Həmin binaların təmir edilməsi dövlət büdcəsinə ziyan verə bilər, çünki təmirdən sonra belə bu binalardan uzun müddət istifadə etmək mümkün olmayacaq?, söyləyib. Xatırladaq ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ali təhsil müəssisələrinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin köçürülməsi məqsədi ilə 700 ailə üçün yaşayış binasının tikilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA