01-08-2016 [15:33]
Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ölkə vətəndaşlarının güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına başlayır.
Agentlikdən verilən məlumata görə, artıq ilk şəhərciyin salınacağı ərazi müəyyən edilib:
"Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunacaq ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə tikiləcək. Nazirlər Kabinetinin qərarı ilə sözügedən ərazi Dövlət Agentliyinin tabeliyində olan və çoxmənzilli binaların tikintisinin sifarişçisi qismində çıxış edən MİDA MMC-nin sərəncamına verilib.
Mənzillərin tikilməsi planlaşdırılan ərazinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. İlk güzəştli mənzillərin inşa olunacağı ərazi şəhərin ekoloji cəhətdən təmiz, sağlam və əlverişli hissəsində yerləşir. Bu əraziyə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur.
Eyni zamanda, seçilmiş ərazinin paytaxtın əsas iş yeri mərkəzlərinə yaxınlığı insanların çox vaxt itirmədən öz iş yerlərinə çatmasına imkan verəcək. Bu məqsədlə şəhərciyin salınacağı ərazidə yeni təşkil ediləcək nəqliyyat sisteminin Bakı şəhərinin mövcud nəqliyyat şəbəkəsi ilə inteqrasiyası da layihə çərçivəsində nəzərə alınacaq”.
Məlumatda bildirilib ki, ilkin hesablamalara görə, salınacaq şəhərcikdə 2 minə yaxın mənzil tikiləcək.
"Şəhərcikdə çoxmənzilli binalarla yanaşı vətəndaşların zəruri ehtiyaclarının ödənilməsini təmin etmək məqsədilə müvafiq sosial infrastrukturun (məktəb, uşaq bağçası və s.) yaradılması, habelə məişət və xidmət obyektlərinin istifadəyə verilməsi də nəzərdə tutulur.
Seçilmiş ərazidə çoxmənzilli binaların tikintisinə başlanılması üçün artıq şəhərsalma əsaslandırılmasının hazırlanması başa çatmaq üzrədir. Tezliklə tikintinin işçi layihəsinin hazırlanmasına başlanılacaq və layihələndirmə işləri bitdikdən sonra dərhal inşaata start veriləcək.
Artıq mühəndis-kommunikasiya sistemlərinin çəkilməsi ilə bağlı müvafiq dövlət qurumları ilə texniki şərtlərin alınması işlərinə başlanılıb. İnşa olunacaq binalar yaşayış üçün zəruri olan rabitə və kommunal xidmətləri ilə tam təmin olunacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi