01-08-2016 [10:52]
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır.
Mia.az xəbər verir ki, tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin təşkilatçılığı orta məktəb şagirdləri üçün bir sıra tədbirlər təşkil olunub.
Belə ki, iyul ayının 4-də uşaqların tətil günlərində Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin "Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi olub.
Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak ediblər.
Nəsimi ayon İcra Hakimiyyəti tərəfindən məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə mütəmadi olaraq müxtəlif məqsədyönlü tədbirlər həyata keçirir.
Məktəbli gənclərin Vətən sərhədlərinə və sərhədçi peşəsinə hörmət ruhunda tərbiyə olunması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, Nəsimi rayonundakı orta məktəblərin 100 nəfər 9-11-ci sinif şagirdləri üçün 13-19 iyul 2016-cı il tarixlərdə Şəki Sərhəd Dəstəsinin "Laza” sərhəd zastavasının bazasında "Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur. Növbəti - Quba şəhərində yaradılmış "Gənc İlhamçılar” yay istirahət düşərgəsində rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 150 yeniyetmə-məktəbli iştirak etmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tədbir 200 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin direktoru Alla Bayramova muzeyin əsas məqsədi və vəzifələri, Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanılması, saxlanılması, araşdırılması, təbliği barədə məktəblilərə məlumat verərək bildirmişdir ki, muzeyin fondunda 50 mindәn çox eksponat toplanmışdır. Muzeydə nümayiş olunan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri məktəblilərin marağına səbəb olmuşdur.
Sonra məktəblilərin C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ekskursiyası təşkil olunmuşdur.
Muzeydə bildirilmişdir ki, 1934-cü ildə yaradılmış Teatr muzeyi 1935-ci ildən məşhur Azərbaycan dramaturqu Cəfər Cabbarlının adını daşıyır. Muzeyin fondlarında 117.000-dən çox eksponat saxlanılır. Bu eksponatlarda teatrımızın bir əsrdən çox tarixi əks olunub.
Nadir materialların köməyilə teatrın yaranması və inkişaf tarixi haqqında, ziyalıların teatrın çiçəklənməsində rolu, Azərbaycan mədəniyyətində teatr xadimlərinin danılmaz xidmətləri haqqında məlumat almaq mümkündür. Daha sonra Nəsimi rayon məktəbliləri Azərbaycan İstiqlal Muzeyinində də ekskursiyaya davam etdilər.
Ekskursiya zamanı bildirdilər ki, muzeyin əsası 1991-ci il yanvarın 9-da qoyulmuşdur. Hal-hazırda eksponatların sayı 20.000-dən çoxdur. Muzeyin əsas məqsədi Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsini qədim dövrlərdən bu günə kimi işıqlandırmaqdır. Muzeyin zalları Azərbaycan tarixinin qədim dövrlərdən XX əsrin əvvəllərinə qədərki dövrünə – Cənubi Azərbaycanda XX əsrin birinci yarısında gedən azadlıq mübarizəsinə, Stalin repressiyaları dövrünə, azərbaycanlıların Böyük Vətən müharibəsindəki qəhrəmanlıqlarına, sonuncu zal isə Azərbaycanın ən yeni tarixinə həsr olunmuş, eləcə də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti bu zalda öz əksini tapmışdır. İstiqlal muzeyində heykəltəraşlıq, rəsm əsərləri, xəritələr, fotolar, kitablar, numizimatika əşyaları və başqa eksponatlar nümayiş etdirilir.
C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində və Azərbaycan İstiqlal Muzeyinində nümayiş olunan eksponatlar və tarixi materiallar məktəblilərin marağına səbəb olmuşdur.
Yay tətili günlərində məktəblilərin müxtəlif muzeylərə ekskursiyaları davam etdirələcəkdir.![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi