31-07-2016 [13:11]
Məlum olduğu kimi, dünəndən Bakıda çörəyin qiyməti artıb.
Belə ki, 30 qəpiklik zavod çörəyini 40, 40 qəpiklik çörəyi isə 50 qəpiyə satmağa başlayıblar.
Mia.az xəbər verir ki, qiymət artımı ilə bağlı fikirini açıqlayan sabiq deputat, iqtisadçı Nazim Bəydəmirlinin sözlərinə görə, çörəyin qiymətinin inzibati yollarla tənzimlənməsi çox yanlış siyasətdir:
"Bu monopoliya şəraitində olan iqtisadiyyatımızda əsl monopolistlərə gücü çatmayan İqtisadiyyat Nazirliyinin ucuz "PR kampaniyası”ndan başqa bir şey deyil. Bu nazirliyin gücü də ancaq kiçik çörəkbişirmə sexlərinə və marketlərə çatır".
Sabiq deputat deyir ki, hökumət rəqabət mühiti formalaşdırmalı, iqtisadi fəaliyyəti stimullaşdırmalı, sahibkarların ucuz resurslara çıxışını asanlaşdırmalıdır:
"Mən, əminəm ki, əgər bunlar baş vermiş olsa, liberal bazar təşəkkül tapsa, çörəyin qiyməti indikindən də ucuz olar və bu məsələnin ətrafında bu qədər ajiotaj yaranmaz.
Siz balaca bir hesablama aparın, 4 nəfərdən ibarət olan bir ailə gündə hətta iki buxanka çörək istehlak edirsə, 10 qəpiklik bahalaşma onun büdcəsinə ayda əlavə 6 manat yük olacaq. Ancaq vətəndaş elektrik enerji tarifinə 1 qəpik əlavə və ya su tarifinə 50% əlavə və ya metro, avtobus gediş haqqına 30-50% əlavə tariflə pul ödəyəcəksə, onun xərcini hesablayın. Hələ bu xərclərə Tarif Şurasının kurasiyasına daxil olan sahələrdəki digər qiymət artımlarını, o cümlədən, ali məktəblərdəki təhsil haqlarını əlavə eləsək, o zaman orta statistik azərbaycanlı ailəsi üçün katastrof xərc məbləği ortaya çıxır.
Şəxsən, bir vətəndaş kimi, mənə də maraqlıdır, niyə bu qiymət artımlarına Tarif Şurasına rəhbərlik edən İqtisadiyyat naziri səsini çıxarmır, ancaq özəl sektor olan çörəkbişirmə və satışını guya "tənzimləməyə" qalxaraq tv-lərdə qalaq-qalaq reportajlar verdirir?
Demək ki, çörəyin qiyməti ilə bağlı bütün qalmaqal və tədbirlər şoudan başqa bir şey deyil".
Xatırladaq ki, dünən İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev çörəyin qiymətindən artm müşahidə olunmadığını və ümumiyyətlə, belə bir halın gözlənilmədiyini bildirmişdi. Ancaq görünən odur ki, qiymət artımı baş verib.
F.ƏHMƏD
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi