"Çörəyin qiymətinin qaldırılması ilə bağlı narazılıq olacaq" - Mehman Əliyev

img

30-07-2016 [18:49]


"Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev çörəyin qiymətinin bahalaşmasına münasibət bildirib.

Baş verənlərin cəmiyyətdə narazılığı artıracağın bildirən ekspert, bunun insanların sosial rifahına təirsiz ötüşməyəcəyini vurğulayıb:

"Təbii ki, çörəyin qiymətinin artması cəmiyyətdə narazılığı artıracaq. Necə ki, işığın qiymətinin qaldırılması ilə bağlı narazılıq var, çörəyin qiymətinin qaldırılması ilə bağlı da narazılıq olacaq. Baxmayaraq ki, işığın qiymətinin bahalaşması ilə bağlı narazılıq cüzi oldu.

Çörək gündəlik istehlak edilən çox vacib bir ərzaqdır. Bu baxımdan çörəyin qiymətinin atırılması cəmiyyətdə öz təsirini hiss etdirəcək. Bu təsirdən qaçmaq mümkün olmayacaq”.

Moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA