"Sən 1750 manat maaş alırsan, 10 milyonluq villanı necə tikibsən?" - Çörəyin qiymət artımına sərt reaksiya

img

30-07-2016 [17:42]


Xəbər verdiyimiz  kimi, bu gün ölkədə çörəyin qiymətində bahalaşma baş verib. 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında qiymətlərin bilərəkdən qaldırıldığını deyir:

"Mən dəfələrlə ölkədə prezidentə xəyanətin olduğunu demişəm.

Bu gün Azəbaycanda kənd təsərüfatı ölü vəziyyətdədir. Mənə səhərdən etibarən yüzlələ zənglər gəlib. İnsanlar çörəyin bahalaşmasından çox narazıdır. İqtidar üzvləinin 60-70 faizi yerində olmayan insanlardır. Bunlar prezidentə daim yalan danışırlar. Bu məmurlar yalnız öz var-dövlətini artırmağı düşünürlər. Görürsünüzmü milləti necə prezidentin üzərinə qaldırırlar?

Xalqın canı boğazına yığılıb. Suyu, işığı qaldırırlar, indi də çörəyi qaldırdılar. Heydər Əsədov deyir ki, Azərbaycan artıq özünü taxılla təmin edir. Edirsə niyə çörəyin qiyməti bu gün bahalaşır?

Xaricdən alınan taxıl dollarla alınır, sahibkar da məcburdu dollar qalxdıqca çörəyin qiymətini qaldıra. Ölkədə çayların kənarında minlərlə hektar boş ərazilər var. Həmin ərazilərdə taxıl əkmək elə çətin məsələ də deyil. Amma Heydər Əsədov və onun kimilər bu gün kabinetdən çıxmır.

Heydər Əsədov heç rayonlarımızın yerini tanımır. Heydər Əsədovun Həsən Əliyev küçəsində olan villasının dəyəri 10 milyondur. Onun bir neçə belə villası var. Amma aldığı maaş 1750 azn-dir. Bu adamdan niyə soruşmurlar ki, sən bu villaları hansı pula almısan?


Prezident Aparatının Kənd Təsərüfatı şöbəsinin müdiri Heydər Əsədovun əməlləri barədə prezidentə düzgün məlumat çatdırmalıdır. İnsanları çörəklə sınağa çəkirlər. Millət qalxanda prezidentin ətrafındakılar qaçıb gedəcək. Amma qardaşımın arxasında yenə də mən dayanacam. Heydər Əsədov və onun "podelnik”i Ziya Məmmədov bilir ki, onların əməllərinin üstü açılır. Bu iki şəxs tezliklə qandallana bilərlər. Buna görə də onlar çalışırlar ki, xalqı prezidentdən narazı salıb insanları küçələrə çıxarsınlar”.

Moderator.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA