30-07-2016 [15:49]
"Ermənistanda vəziyyət getdikcə gərginləşir. Polislə müxtəlif şəhərlərdə nümayişlərə çıxanlar arasında toqquşmaların sayı artır. Ermənistan prezidenti Serj Sərkisyan çətin seçim qarşısındadır. O, bir tərəfdən polis məntəqəsini ələ keçirən silahlı qrupu neytrallaşdırmaq məcburiyyətindədir, digər tərəfdən qan töküləcəyini də bildiyindən hakimiyyətin cəmiyyətin bir hissəsi ilə qarşıdurmasının qaçılmaz olduğunu anlayır".
Mia.az xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanda hazırki hadisələr ona görə baş verir ki, birincisi, cəmiyyət indiki hakimiyyəti seçki yolu ilə uzaqlaşdırmanın çətin olduğunu anlayır:
"Ona görə də cəmiyyətin bir hissəsi nümayişlərə və küçə yürüşlərinə üstünlük verir. Sərkisyan əlindən gələn hər şeyi edəcək ki, gələcək hakimiyyət onun və ya varisinin nəzarətində qalsın,
ikincisi, Ermənistan cəmiyyəti Dağlıq Qarabağdakı aprel uğursuzluğununun səbəbini məhz korrupsiya ilə əlaqələndirir. Yəni ordu o qədər korrupsiyalaşıb ki, hakimiyyət cəbhə bölgəsindəki hərbçilərini qorumaq iqtidarında deyil. Səfalət fonunda erməni generalların İrəvan ətrafındakı bahalı villaları cəmiyyəti narazı salır. Ona görə də belə vəziyyətdə cəmiyyətin radikal hissəsi silaha əl atır.
Sərkisyan silahlı müxalifətin iyulun 17-də ələ keçirdiyi polis məntəqəsini azad etsə belə, bu, Ermənistan hakimiyyətinin silahlı müxalifətlə növbəti qarşıdurmasını əngəlləməyəcək. Ermənistan yeganə ölkədir ki, 1999-cu ildə silahlılar rahat şəkildə parlamentə daxil olaraq ölkə rəhbərliyindəki əsas simaları qətlə yetirdilər".
Eksperin sözlərinə görə, Ermənistan tarixində terror təcrübəsi olan təşkilatlar az deyil. Əvvəllər bu terrorçu təşkilatlar türkləri hədəf alırdılar, Qarabağda qətllər törədirdilər:
"İndi isə təmin terrorçu təşkilatlar silahları bir-birlərinə qarşı istifadə edirlər və bu da Ermənistanda qətllərin sayının artmasına gətirib çıxaracaq. Bu proses hələ uzun müddət davam edəcək.
Azərbaycan Ermənistandakı proseslərinə gedişatına mane olmamalıdır. Əksinə, Ermənistandaxili qüvvələrin bir-birlərini zəiflətməsi Azərbaycanın xeyrinədir. Çünki, zəifləmiş Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə məcbur qala bilər.
Buna baxmayaraq, Serj Sərkisyanın diqqəti yayındırmaq üçün növbəti dəfə cəbhə bölgəsində təxribat yaradacağı da istisna deyil. Onun bu təxribatda məqsədi Ermənistandakı bütün siyasi qüvvələrin diqqətini Azərbaycana qarşı yönəltmək ola bilər. Ancaq Azərbaycan ordusu apreldə olduğu kimi, Ermənistana cavab atəşi ilə daha böyük zərər verəcək. Bu isə Sərkisyanın hakimiyyətini daha da zəiflədəcək. Vaxtilə Azərbaycanda da eyni proseslər baş verib. İndi növbə Ermənistanındır".
Elxan Şahinoğlu deyir ki, Rusiya Sərkisyanı müdafiə edir. Çünki, erməni cəmiyyətində belə fikirlər var ki, Rusiya Ermənistanın maraqlarını satıb:
"Moskvaya elə gəlir ki, Sərkisyanı əvəzləyəcək qüvvə Rusiyadan uzaqlaşacaq, hətta indinin özündə də rusiyalı siyasətçilərin bəziləri İrəvanda polis məntəqəsinin ələ keçirilməsində Amerikanın izini axtarırlar. İrəvan ətrafındakı polis bölməsinin sistemdən kənar müxalifət tərəfindən ələ keçirilməsində və polislə toqquşmaların təşəbbüskarı Amerika olmasa belə, Vaşinqton Ermənistanın Rusiyanın nəzarətindən çıxmasında maraqlıdır.
1993-cü ildə Azərbaycanda qiyam baş verdi. Surət Hüseynov qoşun birliklərini Qarabağdan çıxararaq hakimiyyətə qarşı qiyam planını həyata keçirmək istədi. Surət Hüseynov prezident Əbülfəz Elçibəyi devirmək üçün Rusiya ilə razılaşmışdı. Ermənistan hakimiyyəti Azərbaycandakı bu qiyamdan öz məqsədləri üçün istifadə etdi. Bakıda hakimiyyət uğrunda mübarizə gedərkən Ermənistan ordusu Azərbaycan torpaqlarının işğalını genişləndirdi. İndi eyni situasiya Ermənistanda yaranıb".
Ekpert bildirib ki, Serj Sərkisyan keçmiş prezident Levon Ter-Petrosyandan fərqli olaraq hakimiyyətdən asanlıqla ayrılmayacaq:
"Levon Ter-Petrosyan o vaxt faktiki modern çevrilişə məruz qaldı. Çevrilişi həyata keçirən iki əsas fiqur var idi, biri o zamankı baş nazir Robert Köçəryan, digəri isə indiki prezident, keçmiş daxili işlər və milli təhlükəsizlik naziri Serj Sərkisyan idi. Hər ikisi Levon Ter-Petrosyanın hakimiyyəti tərk etməsi əvəzinə, ona toxunulmazlıq statusu vəd etdilər.
Levon Ter-Petrosyandan fərqli olaraq, Serj Sərkisyana heç kim hakimiyyətdən gedəcəyi qarşılığında ona toxunulmazlıq statusu verməyəcək. Sərkisyan bunu bildiyindən hakimiyyətdə ya sona qədər dirənməyə çalışacaq, ya da vəziyyətin çıxılmaz olduğunu anladıqda üçüncü ölkələrdən birinə qaçacaq".
Politoloqun iddiasına görə, Serj Sərkisyanın yerinə hakimiyyətə iki qüvvə gələ bilər:
"Birinci qüvvə bu gün polis bölməsini nəzarət altında saxlayan sistemdənkənar silahlı müxalifətdir. Bunlar Sərkisyan qədər qəddardırlar və torpaqlarımızın işğalında və qətlıiamlarda Sərkisyan qədər günahkardırlar. Ona görə də belələrinin hakimiyyətə gəlişi halında onlardan Qarabağ danışıqlarında geri addım atacağını gözləmək yersizdir. İkinci qüvvə Qarabağ klanına aid olmayan Ermənistanın parlament müxalifətindən formalaşanlar ola bilər. Bu qüvvələrlə təmas qurmaq mümkündür. Onlar hər halda münaqişənin davamının Ermənistan üçün necə böyük yük olduğunu anlamamış deyillər.
Hələliksə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti Paris görüşündən real nəticə gözləmək problematikdir. Çünki, birincisi, Ermənistan hakimiyyəti əvvəlkitək Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razı deyil, ikincisi, böyük dövlətlər bu məqsədlə İrəvana təsir və təzyiq etmirlər".
Sonda Elxan Şahinoğlu bir daha qeyd edib ki, Serj Sərkisyanın Ermənistanda mövqeləri getdikcə zəifləyəcək:
"Ermənistan faktiki vətəndaş müharibəsi astanasındadır. Belə vəziyyətdə o ancaq hakimiyyətini və ailəsini qorumaq haqqında düşünür, Dağlıq Qarabağ onun üçün arxa plana keçib. Ona görə də Sərkisyanın danışıqlarda geri addım atacağını gözləmək mümkün deyil".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi